Ermənilərin yarımçıq qoyduğu həyatlar... - DANIŞAN FOTOLAR

29 Oktyabr 2020 07:10 Bizimkilər 434
Ermənilərin yarımçıq qoyduğu həyatlar... - DANIŞAN FOTOLAR

Məlum olduğu kimi, elan edilmiş humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri ötən gün Bərdəni intensiv raket və ağır artilleriya atəşinə tutub. Nəticədə 4 mülki şəxs həlak olub, 13-ü yaralanıb.

Sportinfo.az “qafqazinfo”ya isstinadən atəşkəs dövründə ermənilərin öldürdüyü növbəti mülki şəxslərin fotolarını təqdim edir:

1970-ci il təvəllüdlü Cəfərova Ofeliya Məcid qızı. Mərhumun 2 oğlu olub, onlardan biri hərbçidir.

1959-cu il təvəllüdlü Əhmədova Aybəniz Əşrəf qızı. Mərhumun 1 qızı, 1 oğlu olub.

1980-ci il təvəllüdlü İsmayılov Ehtiram Xəlil oğlu. Operator kimi çalışan mərhum E. İsmayılovun həyat yoldaşı 38 yaşlı Aytən və 15 yaşlı qızı Aysu İsmayılova da hadisə zamanı ciddi xəsarət alıb. Onlar hazırda xəstəxanada müalicə alırlar.

2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı. O məktəbin ikinci sinfində təhsil alırdı...

Fotolar: Tural Hüseynli

Digər Xəbərlər
Xəbər Lenti