Emil Mustafayev Ukraynada qol vurdu, komandası qələbə qazandı

8 Aprel 22:40 Bizimkilər 375
Emil Mustafayev Ukraynada qol vurdu, komandası qələbə qazandı

Ukrayna Premyer Liqasında 23-cü turun görüşləri keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Mustafayevin formasını geyindiyi "Polesye" səfərdə "Minay"ın qonağı olub.

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Emil Mustafayev də bu oyunun iştirakçısı olub. 22 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

O, 59-cu dəqiqədə komandasının 3-cü qolunu vurub.

Xallarını 36-ya yüksəldən "Polesye" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti