"Eskişehirspor" Araz Abdullayevin bəxtini açdı

7 May 2021 20:20 Bizimkilər 1 193
"Eskişehirspor" Araz Abdullayevin bəxtini açdı

Türkiyə 1-ci liqasında 34-cü tura start verilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Boluspor” "Eskişehirspor"u qəbul edib.

Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Araz bu görüşdə dubla imza atıb. Start heyətdə meydana çıxan və sona kimi oynayan 29 yaşlı yarımmüdafiəçi 17 və 56-cı dəqiqələrdə fərqlənib.

Bu, onun Türkiyə klubundakı ilk qolları olub. 42 xalı olan “Boluspor” 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti