Qarabağda şəhid olan qadın hərbçinin cibindən çıxan dərs cədvəli - TƏSİRLİ VİDEO

16 Yanvar 2021 10:50 Bizimkilər 1 862
Qarabağda şəhid olan qadın hərbçinin cibindən çıxan dərs cədvəli - TƏSİRLİ VİDEO

Vətən müharibəsinin ilk və yeganə qadın şəhidi, yaralı əsgərlərimizi döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gələn Arəstə Baxışova...

İki uşaq anası olan gənc qadın müharibənin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanır və övladları Mərdanla Zəhranı isə anasına əmanət edir.

O Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı uğrunda döyüşlərdə tibb bacısı kimi öndə olub, yaralı hərbçilərimzin həyatını xilas edir.

Şəhidlik onun da alın yazısı imiş ki, vətən uğrunda bu canından keçib bu zirvəyə yüksəlir. 4 yaşından taleyinə yetimlik yazılan, atasız böyüyən xanım şəhidimizin indi övladları ana həsrəti ilə böyüyür.

Şəhidlik onun da alın yazısı imiş ki, vətən uğrunda bu canından keçib bu zirvəyə yüksəlir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Gənc heykəltaraş Müstəqil Babayev tərəfindən qəhramanımızın büstü hazırlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!