COP29

"Sadıqov Sadıqov da bunu istəyir" - "Neftçi"nin baş məçqçisi

22 Aprel 02:50 Basketbol 2 442
"Sadıqov Sadıqov da bunu istəyir" - "Neftçi"nin baş məçqçisi

"Qələbə qazanacağımıza inanırdıq".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi" basketbol komandasının baş məçqçisi Anar Sarıyev "Xəzri"yə 65:61 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunu barədə danışarkən deyib.

Mütəxəssis matçın startının çətin keçdiyini söyləyib:

"Rəqib hücumda daha yaxşı idi. Biz isə müdafiədə pis təsir bağışladıq.

Lakin toparlandıq və qələbə qazana bildik. İlk dəqiqələrdən bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm".

Anar Sarıyev "ağ-qaralar"ın avrokubokda iştirak etmək ehtimalına toxunub:

"Klubun rəhbəri Sadıqov Sadıqov da bunu istəyir. Kuboku qazanmaq komandaya mənəvi cəhətdən çox faydalı olacaq.

Oyunçularımız daha çox motivasiya topladılar".

Xəbər Lenti