Yığmamız dünya reytinqinə qayıtdı - 13 aylıq həsrətə son

29 Sentyabr 2022 03:20 Basketbol 1 386
Yığmamız dünya reytinqinə qayıtdı - 13 aylıq həsrətə son

Kişi basketbolçular arasında milli komandaların FİBA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cədvəldə dünyanın 164 komandası yer alıb.

Azərbaycan milli komandası 13 aylıq fasilədən sonra siyahıya qayıdıb. Heç bir rəsmi matç keçirmədiyi üçün ötən ilin avqustunda cədvəldən kənarlaşdırılan yığmamız bu fəaliyyətsizliyinə son verdikdən sonra reytinqə daxil edilib.

Aleksandar Trifunoviçin yetirmələri Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında qüvvəsini sınayıb.

Aktivində 78,5 xal olan millimiz dünyanın 113-cü komandasıdır. Yığmamız Avropa ölkələri arasında 45-cidir.

Cədvələ ABŞ (760,7), İspaniya (758,9) və Avstraliya (741,1) milliləri başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var