Azərbaycan millisi İtaliya və Fransa ilə nə vaxt qarşılaşacaq?

19:20 Futzal 175
Azərbaycan millisi İtaliya və Fransa ilə nə vaxt qarşılaşacaq?

Azərbaycanın minifutbol millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının vaxtı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu haqda Avropa Minifutbol Federasiyası məlumat yayıb.

Slovakiyada təşkil olunacaq yarışda Azərbaycan millisi F qrupunda mübarizə aparacaq.

Yığmamız ilk matçını Avstriyaya qarşı keçirəcək. Görüş mayın 28-də, Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Azərbaycan millisinin İtaliya ilə oyunu 29 may, Bakı vaxtı ilə saat 18:45-də, Fransa ilə qarşılaşması isə 30 may, Bakı vaxtı ilə saat 16:15-də başlayacaq.

Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti