Bu yay “Mançester Siti”dən ayrıla bilər - Real “müştəri”si var

30 Mart 16:55 İngiltərə 659
Bu yay “Mançester Siti”dən ayrıla bilər - Real “müştəri”si var

Qapıçı Ceyms Trafford bu yay “Mançester Siti”dən ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Nyukasl” ingiltərəli futbolçunu transfer etməkdə maraqlıdır.

Klub bu mövsümün sonunda qolkiper üçün transfer təklifi verməyə hazırdır.

Trafford 2025-ci ildə 31 milyon avroya “Bernli”dən “Mançester Siti”yə keçib. Onun “şəhərlilər”lə hazırkı müqaviləsinin müddəti 30 iyun 2030-cu ilə qədərdir.

23 yaşlı qapıçı bu mövsüm bütün yarışlarda 13 oyunda iştirak edib, 10 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?