“Liverpul”un sabiq hücumçusu Dirk Kuyt komandanın bu mövsümkü çıxışı barədə fikirlərini bildirib.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, niderlandlı sabiq futbolçu bunu deyib:
“Arne Slot (“Liverpul”un niderlandlı baş məşqçisi) qısa müddət ərzində qazandığı nailiyyətlərlə fəxr edə bilər.
Premyer Liqada işlər yaxşı getməsə belə, “Liverpul” Avropa yarışlarında uğur qazanmağa qadirdir. Hər şey ola bilər”.
“Qırmızılar” Premyer Liqanın 31 turundan sonra turnir cədvəlində 6-cı yerdədir. Komanda Çempionlar Liqasında 1/4 finala yüksəlib və burada PSJ ilə qarşılaşacaq.

