Kolumbiyalı bombardir iki klubun hədəfindədir - Premyer Liqadan

31 Mart 12:00 İngiltərə 3 477
Kolumbiyalı bombardir iki klubun hədəfindədir - Premyer Liqadan

Lissabon “Sportinq”inin hücumçusu Luis Suares karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə “Liverpul” və “Nyukasl” maraqlanır.

Kolumbiyalı forvard bu mövsüm bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 33 qol vurub və 7 məhsuldar ötürmə verib.

O, 24 qolla Portuqaliya liqasında bombardirlər yarışına başçılıq edir.

Suaresin “Sportinq”lə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?