"Sənə inanmadıqları zaman sən əksini sübut edirsən"

08:20 Digər növlər 97
"Sənə inanmadıqları zaman sən əksini sübut edirsən"

Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı idmançı ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə İqnasio Bahamondeslə (Çili) qarşılaşıb.

Gərgin keçən üç raundda qalib müəyyənləşməyib. Hakimlər isə yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər.

Bu Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.

İdmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.

Tofiq Musayev ilk qələbəsi barədə sosial şəbəkə hesabında paylaşım edib. "Sənə inanmadıqları zaman sən əksini sübut edirsən" - o, vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti