İki futbolçu üçün 220 milyon avro xərcləyə bilər - Premyer Liqa nəhəngi

18:40 İngiltərə 105
İki futbolçu üçün 220 milyon avro xərcləyə bilər - Premyer Liqa nəhəngi

“Mançester Siti” yay transfer pəncərəsi üçün iki böyük keçidi gündəminə alıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” Sandro Tonali və Elliot Andersonun transferlərini reallaşdırmaq niyyətindədir.

“Nyukasl”ın formasını geyinən italiyalı Tonali və “Nottingem Forest”in ingiltərəli oyunçusu Anderson üçün ümumilikdə 220 milyon avroya qədər vəsait xərclənə bilər.

Bildirilir ki, yayda Rodri və Bernardo Silva komandadan ayrıla bilər. Bu səbəbdən, klub rəhbərliyi yarımmüdafiə xəttini gücləndirməyi prioritet hesab edir.

25 yaşlı Tonali 2025/26 mövsümündə 47 oyunda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

23 yaşlı Anderson isə cari mövsümdə 41 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə sözləşməsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti