“Tottenhem”in baş məşqçisi İqor Tudorun komandadan qovulması İngiltərə Premyer Liqasında ən sürətli ayrılıqlar sırasına düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssisin qovulması Premyer Liqa tarixində ən sürətli beş ayrılıqdan biri kimi qeydə alınıb.
Tudor London klubunda cəmi 44 gün çalışıb və onun rəhbərliyi altında keçirilən 7 oyunda komanda yalnız 1 qələbə qazana bilib.
Premyer Liqa tarixində daha sürətli istefalar yalnız bir neçə məşqçiyə aiddir: Les Rid (41 gün – “Çarlton”), Angelos Postekoqlu (40 gün – “Nottingem Forest”) və Sem Ellardays (31 gün – “Lids”).
Siyahıda müvəqqəti baş məşqçilər nəzərə alınmayıb.

