Üzü gülən Nəriman...
Nəhayət, Nəriman Axundzadənin ABŞ-a getməsi rəsmiləşdi.
"Kolombus Kryu”a keçidi həftələr öncədən açıqlansa da, yalnız bir neçə gün əvvəl yeni klubuna qoşula bildi.
21 yaşlı hücumçunun ilk günlərdən üzü gülür.
Qayğılı, düşüncəli Axundzadədən əsər-əlamət qalmayıb.
"Qarabağ"ın əsas komandasında çıxış etdiyi 4 mövsümdə 4 dəfə mətbuata danışmayan, aylardır ümumiyyətlə mediadan uzaq qaçan gənc artıq mətbuata açıqlama verir.
Xoş gələcəyə inamını ifadə edir.
Okeanın o tərəfində çəkilən ilk görüntülərində də pozitivlik axır.
Ümid edirik ki, meydandan kənarda dəyişilən Nəriman həm də meydanda edəcəkləri ilə hamımızı sevindirəcək.
Aylardı dörd bir tərəfini bürüyən tənqid dalğasını, neqativ ab-havanı ancaq bu cür dağıtmaq olar.
XANOĞLAN / SPORTİNFO.AZ

