"Qarabağ"ın oyunlarını izlədim.
Nəriman Axundzadəni çox bəyəndim.Onu rahatlıqla xarici klublara apara bilərdim.
Məsələn, Türkiyə birinci Liqasında gözəl işlər görə bilər, ardınca Süper Liqanın böyük klublarında oynaya bilərdi"
.Bu fikirləri Sportinfo.az-a açıqlamasında tanınmış türkiyəli menecer Murat Senay səsləndirib.
Azərbaycanlı futbolçulardan Şahruddin Məhəmmədəliyev və Sərtan Taşkının, dünya ulduzlarından Luis Nanini qardaş ölkəyə gətirən Murat bəy ABŞ-a gedən millimizin forvardı barədə xoş sözlər səsləndirib.
O, gənc oyunçunun potensialını tam aça bilmədiyini sözlərinə əlavə edib. Əsas səbəb kimi isə ona yönələn tənqidləri göstərib:
"Məncə, burada azərbaycanlı olduğu üçün çox təzyiq görürdü, müzakirə edilirdi. Kənardan sakit birinə oxşayır.
Bu qədər tənqidlərdən sonra mental olaraq əziyyət çəkir. Belə olanda da meydanda istədiyini edə bilmir. Amma onda böyük potensial var. Yaxşı yerlərə gedə bilər".
XANOĞLAN

