Legioner limitinin ləğvindən sonra futbolumuzda nələr yaşanır? - ŞOK HESABAT!

Legioner limitinin ləğvindən sonra futbolumuzda nələr yaşanır? - ŞOK HESABAT!

Azərbaycanlı futbolçu ölkə xaricinə gedən kimi bir kütlə peyda olub "gördünüz də limit ləğv edildi deyə, yerli futbolçular legioner həyatı yaşamağa getdilər" deyir.

Əcəb işə düşmüşük də...

Bundan betər bəla isə başqadır.

Bu məzmunda fikirləri tək həvəskarlar yox, elə peşəkarlar da səsləndirir.

Ok!

Siz deyənlər mən də razılaşıram.

Deyə ki, ötən il Yusif İmanov, Elmir Tağıyev Kosovoya, Turan Manafov Afrikaya, Rüfət Abdullazadə də Xorvatiyaya məhz Premyer Liqada legioner limitinin ləğv edilməsinə görə getdilər.

Burada heç kimə lazım olmadılar, məcbur qaldılar və getdilər.

Əla, bu limitinin ləğvi nə möhtəşəm qərar imiş. 3-5 aydan sonra meyvələrini yedik. Dünənə qədər bu qərarı niyə vermirdilər? Çox üzüldüm...

Bura qədərinə sevindin? İndi isə ayaq saxla, dediklərimi yaxşı-yaxşı oxu!!!

Bəs 5-6 ay sonra həmin adıçəkilənlərin vətənə qayıtmasına nə ad verək?

Axı limit bərpa olunmayıb. Axı cəmi 3-5 ay əvvəl heç kimə lazım deyildilər...

Nə dəyişdi? Niyə daha yüksək maaşa, ən pis halda eyni əməkhaqqı qarşılığında adıçəkilənlər vətənə qayıtdı?

Qayıtmadılar! "Zirə"si, "Qəbələ"si, "Kəpəz"i xahiş etdi ki, gəlin.

Özümüzü el-aləmə güldürməyək.

Xırda toxunuşlarda uğursuz qərarları futbol ictimaiyyətinə uğur kimi təqdim etməyin.

Ayıbdır!

Bu, həm də futbolumuza xəyanətdir!

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti