"Qarabağ" 9, "Sabah" 13 - Bəs digərləri haradadır?

"Qarabağ" 9, "Sabah" 13 - Bəs digərləri haradadır?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahıda 502 klub yer alıb. Onların arasında Azərbaycanın 4 təmsilçisi var.

"Qarabağ" əvvəlki reytinqlə müqayisədə 9 pillə irəliləyib. Ağdam təmsilçisi 200 xalla 60-cıdır.

Misli Premyer Liqasının lideri "Sabah" 96 xalla 224-cü sıradan 211-ci pilləyə yüksəlib.

"Zirə" 63 xalla 418-ci, "Araz-Naxçıvan" isə 59 xalla 468-cidir.

Siyahıya 595 xalla PSJ liderlik edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan