Dünya ŞOK içində! “Neftçi” elə bir sıçrayış etdi ki...

5 Fevral 22:40 Azərbaycan Futbolu 355
Dünya ŞOK içində! “Neftçi” elə bir sıçrayış etdi ki...

Klubların növbəti dünya reytinqi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasının iştirakçılarının da mövqeyi bəlli olub.

Ən yüksək reytinqli klubumuz “Qarabağ” ötən cədvəllə müqayisədə yerində qalıb. Son ölkə çempionu hazırda dünyanın 151-ci komandasıdır.

Hazırda Premyer Liqaya liderlik edən “Sabah” planetin 332-ci klubudur. “Zirə” isə “500-lüy”ün sonlarındadır.

Son reytinqlə müqayisədə “Sabah”, “Neftçi”, “Sumqayıt”, “Şamaxı” və “Qəbələ”də irəliləyiş müşahidə olunub. Xüsusən də “Neftçi”nin 118 rəqibini geridə qoyduğunu demək olar.

“Zirə”, “Turan Tovuz”, “Araz-Naxçıvan”, “İmişli”, “Kəpəz” və “Karvan-Yevlax” isə cədvəldə geriləyiblər.

Ümumilikdə 13 min 235 klubun yer aldığı reytinqə 100 xalla İngiltərə təmsilçisi “Arsenal” başçılıq edir.

Klublarımızın reytinqdəki mövqeləri:

151 (0). “Qarabağ” – 80,1 əmsal

332 (41). “Sabah” – 76,5

493 (-38). “Zirə” – 74,3

722 (-6). “Turan Tovuz” – 71,8

761 (118). “Neftçi” – 71,5

929 (-113). “Araz-Naxçıvan” – 70,3

1166 (65). “Sumqayıt” – 68,7

1336 (-44). “İmişli” – 67,6

1346 (96). “Şamaxı” – 67,5

1416 (64). “Qəbələ” – 67,0

2131 (-166). “Kəpəz” – 64,1

2787 (-136). “Karvan-Yevlax” – 62,4

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 18:50 Çək və bizə göndər!
5 Fevral 04:30 "Neftçi" buna sevindi