Azərbaycan Kuboku: “Zirə” Sumqayıt səfərində - CANLI YAYIM

Azərbaycan Kuboku: “Zirə” Sumqayıt səfərində - CANLI YAYIM

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Saat 17:00-da "Sumqayıt" "Zirə"ni qəbul edəcək. Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

"Sabah" – "Qəbələ" görüşü isə saat 19:30-da start götürəcək. Bu oyun "Bank Respublika Arena"da reallaşacaq. Raundun cavab matçları martın əvvəlində təşkil ediləcək.

Fevralın 5-də 1/4 final mərhələsinin "Şamaxı" – "Qarabağ" və "Turan Tovuz" – "Kəpəz" oyunları keçiriləcək.

17:00. "Sumqayıt" – "Zirə" 0:0

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.

VAR: Kamal Umudlu.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

"Sumqayıt": 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 80. Keffel Resende 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 64. Kənan Feyziyev 66. Ruslan Əliyev 37. Nihad Orucəli 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 72. Rayan Senhadjic 71. Masaki Murata
Baş məşqçi: Saşa İliç

"Zirə": 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 29. Ceyhun Nuriyev 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 19. Rüfət Abdullazadə 26. Stefan Aka 28. Leroy Mikels 30. Rikardo Martins 77. Yeqor Boqomolski 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

19:30. "Sabah" – "Qəbələ"

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Bank Respublika Arena"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti