Aşağı yaş qrupları üzrə yığmaların baş məşqçilərinin kimliyinə 20-25 gündən sonra aydınlıq gələcək.
Saytımıza bu barədə məlumat AFFA-dan daxil olub.
Bildirilib ki, millilərin sükanı arxasına keçməyə namizədlərin siyahısı hazırlanıb.
Bura 10-dan artıq mütəxəssis daxildir. Onlardan bir neçəsi ilə görüş keçirilib, fikirləri öyrənilib.
Təyinatlar İcraiyyə Komitəsinin (İK) səlahiyyətlərinə daxildir.
Ali qərarverici orqanın isə fevralın 20-sindən sonra bir araya gəlməsi planlaşdırılır. Toplantının vaxtıyla bağlı üzvlərlə müzakirələr aparılıb.
SPORTİNFO.AZ

