Son reytinq - Azərbaycan "Qarabağ"ın sayəsində 1 pillə irəlilədi

Son reytinq - Azərbaycan "Qarabağ"ın sayəsində 1 pillə irəlilədi

Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsinin sonuncu - VIII turunun oyunlarından sonra Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

Sportinfo.az xəbər verir ki, "Qarabağ" son matçda "Liverpul"a (İngiltərə) 0:6 hesabı ilə məğlub olsa da, pley-offa vəsiqə qazandığı üçün ölkəmiz 26-cı yerə yüksəlib.

Azərbaycan hazırda 22.937 xala malikdir. 27-ci sıradakı Sloveniyanın 22.843 əmsalı var.

Siyahıya 111.797 əmsalla İngiltərə başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 18:10 Çək və bizə göndər!