Azərbaycana nə qazandırır, “Qarabağ” qazandırır!

Azərbaycana nə qazandırır, “Qarabağ” qazandırır!

2025/26 mövsümü UEFA-nın avrokuboklar yarışlarında Azərbaycan klubları ümumilikdə 23,250 xal toplayıb.

Bu göstərici avrokuboklarda çıxış edən 4 klubun sayına bölündükdə 5,812 reytinq xalı əldə olunur.

Sportinfo.az haqqın.az-a istinadən xəbər verir ki, 5,812 xal Azərbaycan klub futbolu tarixində ən yüksək nəticə deyil.

Rekord 2023/24 mövsümündə 5,875 xal olub. “Qarabağ” qarşıdakı pley-off mərhələsinin (1/16 final) iki oyununda heç olmasa bir dəfə məğlubiyyətsiz çıxış edərsə, bu rekord yenilənəcək.

Qeyd edək ki, bu mövsüm toplanan 23,250 xaldan 18,750-si məhz “Qarabağ”ın payına düşür ki, bu da 80,6 faiz edir.

Ağdam klubu Çempionlar Liqasının seçmə mərhələsində 5 xal, əsas mərhələyə yüksəlməyə görə 6 bonus xalı, əsas mərhələdə 7 xal, 22-ci yerə görə isə əlavə 0,750 bonus xalı qazanıb.

Klub reytinqində “Qarabağ” 42,750 xalla 58-ci yerdə qərarlaşıb. Daha əvvəl bildirildiyi kimi, Qurban Qurbanovun komandası bu mövsüm klub reytinqi üçün topladığı xallara görə də rekord müəyyənləşdirib.

Hazırda “Qarabağ”ın aktivində 13,750 xal var. Əvvəlki rekord 2023/24 mövsümündə 11 xal idi.

Xatırladaq ki, bu mövsüm Azərbaycan avrokuboklara 4 klub - “Qarabağ” (Çempionlar Liqası), “Sabah” (Avropa Liqası), “Zirə” və “Araz Naxçıvan”la (Konfrans Liqası) qatılıb.

Hazırda Azərbaycan 22,937 xalla 26-cı yeri tutur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?
29 Yanvar 03:20 “Liverpul”SOU - VİDEO
29 Yanvar 03:00 “Zövq aldım" - Medina