AFFA yeni mövsümdən klublar qarşısında tələblərini sərtləşdirəcək.
Bu barədə federasiyadan məlumat əldə etmişik.
Bildiyiniz kimi, artıq dördüncü mövsümdür elita təmsilçilərinə dövlət dotasiyası ayrılır.
Əvvəlki üç sezonda 3 milyon olan yardım paketi bu mövsümdən 2.5 milyon manata endirilib.
Bu rəqəmin 500 min manatının akademiyalara xərclənməsi məcburi idi.
Yeni mövsümdən bu şərt yerində qalmaqla, yeni tələb qüvvəyə minəcək.
250 min manatın infrastruktura xərclənməsi klublar qarşısında şərt olaraq irəli sürüləcək.
Daha nəzarət mexanizmi də əvvəlki kimi olmayacaq.
AFFA pulun göstərilən istiqamətdə xərclənib-xərclənmədiyinə ciddi şəkildə diqqət ayıracaq.
Pulların qəpiyinə kimi hesabatı aparılacaq.
Bu da səbəbsiz deyil.
Arxada qalan mövsümlərdə akademiyalar üçün nəzərdə tutulan 500 min manat heç də təyinatı üzrə xərclənməyib.
Müxtəlif yollarla bu pul da əsas komandaların gücləndirilməsinə istiqamətləndirilib.
Federasiya daha bu cür boşluqların yaranmasını istəmir.
XANOĞLAN / SPORTİNFO.AZ

