Premyer Liqada qış fasiləsi başa çatdı.
2026-cı ilin ilk qarşılaşması Qubada baş tutdu.
"İmişli" iddialı "Araz-Naxçıvan"ı qonaq etdi.
2:2 hesablı bərabərlik bitən görüş demək olar ki, boş tribunlar önündə keçirildi.
Aran təmsilçisinin digər ev oyunlarında da aşağı-yuxarı eyni mənzərəyə şahidlik etmişik.
Amma bir fərqlə...
Ən azı azarkeş qruplarının səsi arenada eşidilirdi.
Bu dəfə onu da görmədik.
Nə "İmişli"nin, nə də qonaqların fan klubları tribunada gözə dəymirdi.
Belədə sanki Quba Olimpiya Kompleksinin stadionunda futbol matçı yox, hər hansı tamaşa gedirdi.
XANOĞLAN / SPORTİNFO.AZ

