"Fikrimiz növbəti mövsümlər bu uşaqlarla çempionluğa oynamaq idi"

"Fikrimiz növbəti mövsümlər bu uşaqlarla çempionluğa oynamaq idi"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında Bir araya gəldi.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlığa dəvət olunan geniş heyətdə bir məqam diqqətdən qaçmadı.

Baş məşqçi Rəşad Eyyubov Premyer Liqa ilə bərabar Birinci Liqada çıxış edən futbolçulara da millinin qapısını açdı.

Aşağı liqa təmsilçiləri arasında isə xüsusilə “Difai” önə çıxmağı bacardı.

Ağsu klubundan eyni anda nə az, nə çox 3 gənc gənclər millimizin düşərgəsinə dəvət olanlar arasındaydı.

Söhbət qapıçı Sadiq Məmmədzadə və müdafiəçilər Rüfət Tahirovla Hacıəli Şirəliyevdən gedir. Hər 3 gənc sabiq baş məşqçi Araz Bağırovun dönəmində “Difai”yə pənah gətiriblər.

Biz də elə gənc mütəxəssisə üz tutub, onların perespektivi və kluba dəvət edilməlıri barədə danışdıq.

Bağırov Sportinfo.az-a açıqlamasında bunları dedi:

"Son illər "Qarabağ"da bu problem yoxdur" - MÜSAHİBƏ

"Difai" ötən mövsüm pley-off matçında qalib olmaqla Birinci Liqada qalmışdı. Həm bu məqam, həm də aşağı liqa olması səbəbindən ora perspektivli gəncləri gətirmək elə də asan deyildi.

Açığı, böyük futbola can atan, aşağı yaş millilərimizdə çıxış etmiş, gənclər millilərimizdə oynamağa namizəd sayılanları gətirmək çox çətin idi.

Yeganə belə faktdır ki, bir aşağı liqa klubundan 3 oyunçu milliyə dəvət alır. Düzdü, geniş heyətə çağırılıblar, amma yenə də müsbət haldır.

O uşaqların potensialını görürdük. "Difai"də də gələcəyin komandasını qururduq.

Fikrimiz növbəti mövsümlər bu uşaqlarla çempionluğa oynamaq idi. Bu uşaqları 12-13 yaşından tanıyıram.

Gözümün önündə böyüyüblər. Hətta bizdən öncə Rüfəti "Sabah"ın ikinci komandasına daha yüksək maaşa aparmaq istəyirdilər.

"Zirə" rəhbərliyi və Rəşad Sadıqov sağ olsun ki, bəzi məqamları götür-qoy edərək onu "Difai"yə verdi. Hacəli "Səbail"də ehtiyat oyunçu sayılırdı.

Bugünkü gündə Rüfət və Hacəli həm "4-lü", həm də "5-li" müdafiədə rahatlıqla cinah müdafiəçisi kimi çıxış edə bilərlər.

Hər ikisi üçün üstünlükdür. Birə-birdə yaxşıdılar, topla rəftarlarında seçilirlər.

Müdafiədə oyun qurmaq, üçüncü zonada yaxşı asmalar etmək, aktiv çıxış etmək bacarıqları var. Sadiq öz yaşıdları arasında böyük perepektivi var.

Hər üçü də böyük futbolçu ola bilər. Tək bu 3 oyunçu yox, "Difai"yə dəvət etdiyimiz başqa perspektivli oyunçular da var.

Gələcəkdə Premyer Liqada çıxış edə bilərlər. İnşallah, böyük zədədən uzaq olsalar, yaxın 2-3 ildə yüksək liqada görə bilərik.

Həm mənə, həm də klub üçün ən azı milliyə namizəd olmaları müsbət haldır. Ən azından ölkənin ikinci millisinə belə namizədlər tapıb çıxarmışıq”.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti