Portuqaliya millisinin sabiq vingeri Luiş Nani Azərbaycana gəlmək istəyib.
Karyerası ərzində “Fənərbağça”nın da formasını geyinmiş yarımmüdafiəçi 1 milyon avro qarşılığında karyerasını ölkəmizdə bərpa etmək fikrinə düşüb.
Di gəl, xidməti təklif edilən 3 klub da bu izdivaca soyuqqanlı yanaşıb.
***
«Neftçi» baxışa yeni legioner çağırıb. Hazırda paytaxt təmsilçisinin düşərgəsində olan əcnəbi Mamadu Diavaradır.
Belçika vətəndaşlığına malik oyunçunun cəmi 18 yaşı var. O, cinah yarımmüdafiəçisidir və azad agent statusu daşıyır.
Bu və digər məlumatlar barədə “Sportinfo TV”nin “Xəbər bloku”nda ətraflı tanış ola bilərsiz.
Həm saytımızın oxucularının, həm də “Sportinfo TV”nin izləyicilərinin marağını nəzərə alaraq, belə bir yenilik etdik.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

