Rəşad Sadıqov istedadlı oyunçuların hamısının önünə çıxıb, geri qaytara bilməz!

Rəşad Sadıqov istedadlı oyunçuların hamısının önünə çıxıb, geri qaytara bilməz!

Uşaq futbolunda yaxşı istedadlı oyunçularımız çoxdur. Təəssüf ki, əksəriyyəti 14-15 yaşdan sonra gözdən itir.

Bu fikirlər tək mənə məxsus deyil.

Uşaq futbolunda çalışan məşqçilərin də tez-tez dilindən eşidirik.

Bəs səbəb nədir?

Məncə, Elvin Cəfərquliyevin son müsahibəsində yer alan fikirləri bir çox mətləblərdən xəbər vermiş oldu.

Sitat:
"Təzədən "İnter"ə qayıtmaq istədim. Lakin bunun üçün "Qəbələ"yə təzminat ödəmək lazım idi. Bu baxımdan problem yarandı. Bir ay futbolsuz qaldım. Evdə də maddi baxımdan vəziyyət yaxşı deyildi. Həmin vaxt düşünürdüm ki, valideynlərimə yük oluram, onları xərcə salıram. İşləməli olduğumu fikirləşirdim. 14-15 yaşım var idi və özümə iş axtardım. Bir restoranda işə başladım, ofisiant işlədim".

"Qəbələ"nin təzminat tələbi və maddi ehtiyac bir istedadı futboldan qoparmağı Rəşad Sadıqovun ona zəng edərək yanına çağırması ilə son anda baş tutmayıb.

Elvin tək deyil, ölkədə Elvindən də istedadlı uşaqlar çoxdur.

Bu və digər səbəblərdən futbolu 14-15-16-17 yaşında atmalı olur.

Təbii ki, tək Rəşad Sadıqov onların hamısının önünə çıxıb, geri qaytara bilməz.

Belə təsadüf 10 ildə bir olur.

Bəs digərləri?

Hamısını xilas etmək üçün ölkə futbolunda sistem olmalıdır.

Premyer Liqa komandaları klub olmalıdır.

Həmin klubların akademiyaları olmalıdır.

Uşaq futbolu dildə müzakirə olunmaqdan çıxıb, əməldə diqqət, qayğı görməlidir.

Onda Azərbaycan futbolu nəyəsə ümid edə bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti