Rüfət Abdullazadənin Xorvatiya karyerası cəmi 6 ay sürdü.
"Varajdin"ə məxsus vinger qarşıdakı 6 ayı "Zirə"nin uğurları üçün mübarizə aparacaq.
Sonrasını yaşayıb, görərik.
İndi isə əsas müzakirə olunan əsas məsələ Abdullazadənin bura qayıtmasıdır.
Qınayanlar nə qədər desən...
Bəylər, Rüfət Xorvatiyadan qaçıb gəlməyib. Heç qorxub da gəlməyib.
24 yaşlı yarımmüdafiəçiyə ötən yay iddialı yerli klublardan kifayət qədər yaxşı şərtlərlə təkliflər vardı.
Qaçan, qorxan heç onda getməzdi.
Amma ilk gündən burdakı təkliflərin hamısını geri çevirib, ölkə xaricinə getməyi seçdi.
Tək məqsədi inkişaf etmək, uğurlu legioner həyatı yaşamaq idi.
Lakin ilk cəhd uğurlu olmadı. Yaxşı hal deyil.
Guya bircə siz üzüldünüz? Siz pis oldunuz? Bundan ən çox məyus olan elə Rüfətin özüdür.
Elə ən sonuncu günahkar da Abdullazadədir.
Əsas günahkar isə AFFA, klublarımız və genələ-genələ özünə mütəxəssis deyən futbol adamlarımızdır.
Federasiya rəhbərliyi, klub başbilənləri ağızlarını açanda uşaq futbolundan danışır, problemləri sadalayırlar.
İşə gələndə hamısına bir Novruz qozu...
Dildə hamı pərgardır, bəs əməldə?
Ölkədə bir normal akademiya yoxdur.
Ölkədə bir normal klub yoxdur.
Söhbət illərdi dövlətin futbolçu yetişməsi üçün milyonlarla dotasiya ayırdığı ölkədən gedir.
Hansı günümüzə, haramızda yetişən gənc Avropada üzümüzü ağ etməlidir?
Qınamaqdan asan heç nə yoxdur.
Əksəriyyətinizin övladı 20-22 yaşındadır. Arasında futbol oynamış, oynayan yüzlərlə ad var.
Sistemi, akademiyası, klubu olmayan ölkədə Avropaya səs salacaq oyunçu yetişdirmək mümkündürsə birinizin övladı niyə bacarmır?
Yazıq Rüfət açıqlamalarında açıq-aydın deyir ki, avropalıdan geri qalırıq, özü də çox geri qalırıq.
Yox, dirəşmisiniz ki, qal, davam et, bacaracaqsan.
Bundan sonra 5 il Xorvatiyada yaşasa belə 24 yaşında olan Rüfəti Xorvatiyanın suyu, havası, çörəyi çevirib Perisiç, Orsiç, Kramariç etməyəcək.
Necə ki, 2021-ci ildən Avropada dəyişmədiyi ölkə, klub qalmayan Mahirdən istədiyimiz çıxmadı/çıxmır/ çıxmayacaq!
Arzuladığımız Mahir, Rüfət burada bişməlidir, burada bərkiməlidir.
10 yaşında öyrənməli olduğu, 15 yaşında görməli olduğu şeyləri gedib 25 yaşında Xorvatiyada, Almaniyada yaşamalı deyil.
Belədə maksimum 6 ay, 1 il çəkəcək. Futbolun "f"sı olmayan ölkədə üzə çıxan Mahirə, Rüfətə şükür edin.
Daha yaxşısı üçün onların yox, problemlərin və problemləri həll etməli olan adamların üzərinə getmək lazımdır.
Qısası, palanı döyməyi dayandıraq, gələk əsas nöqtəyə...

XANOĞLAN İMANOV