Premyer Liqanı tərk etməyə hansı klub daha yaxındır? - PEŞƏKAR RƏYİ

9 Yanvar 17:00 Azərbaycan Futbolu 1 514
Premyer Liqanı tərk etməyə hansı klub daha yaxındır? - PEŞƏKAR RƏYİ

Azərbaycan Premyer Liqasında mövsümün birinci yarısı arxada qaldı.

Klublar qış fasiləsinə yollanıb.

Mövsümün ikinci yarısı liqada qalmaq uğurunda bizi amansız mübarizə gözləyir.

Hazırda "Karvan-Yevlax" sonuncu pillədədir.

Amma "Qəbələ" və "Kəpəz" də təhlükəli zonanın həndəvərindədir.

Bəs hansının elitada yerini qorumaq şansları yüksəkdir?

Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Aslan Kərimov aşağı sıralarda yer alan komandaların şanslarını dəyərləndirib:

"Karvan-Yevlax" aşağı Liqaya daha yaxın görünür. Bu komandanın resursları çatmır. Heyətin keyfiyyəti aşağıdır. Düzdü, bəzi oyunçular sonucu pillədən qurtulmağa imkan verir. Amma ümumilikdə imkanlar çox aşağıdır.

Məsələn, "Qəbələ"nin sonuncu pilləyə düşəcəyinə inanmağım gəlmir. Amma aşağı yerlərdə qalacaqlarını gözləyirəm. Heyətdə gənc oyunçular çoxdur. O qədər qol imkanlarının boşa verilməsi təcrübəsizlikdən irəli gəlir.

"Kəpəz"in potensialı olduğunu düşünürəm. Oyun üslubları, təcrübələri köməyə çatacaq. Bu komanda sonuncu olası deyil. Digər klublardan "Şamaxı", "İmişli" böyük ölçüdə məsələni öz xeyirlərinə həll ediblər".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 03:10 "Lənkəran" QAZANDI