Azərbaycanda hansı klublar zərərdən mənfəətə keçib?

Azərbaycanda hansı klublar zərərdən mənfəətə keçib?

Premyer Liqada çıxış edən klubların maliyyə vəziyyətində dəyişikliklər hiss olunur.

Sportinfo.az xəbər verir ki, elitanın 4 iştirakçısı 2023-cü ildə zərərlə işlədikləri halda, 2024-cü ildə mənfəətə keçib.

Bunlar «Qarabağ», «Kəpəz», «Sumqayıt» və «Araz Naxçıvan»dır.

Ağdam klubu 2023-cü ildə rekuor həddə – 1 milyon 782 min manat zərər etsə də, 2024-cü ildə 876 min manat mənfəətə keçməyi bacarıb.

«Kəpəz» də sponsorluq məsələlərini həll etdikdən sonra mənfətə keçib. Klub 2023-cü ildəki 171 min manatlıq zərərə qarşı, 2024-cü ildə 219 min manat mənfəət əldə edib.

«Sumqayıt» isə 2023-cü ildəki 167 min manatləq zərəri 2024-cü ildə 86 min manat mənfəət çevirə bilib.

«Araz Naxçıvan»da mənfəət-zərər rəqəmləri hələlik simvolk səviyyədədir. Naxçıvan təmsilçisi 2023-cü ildə 479 manat xalis zərərin əvəzinə 2024-cü ildə 268 manat mənfəət əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti