Premyer Liqa klubunun izinə düşdüyü bombardirlə bağlı YENİ XƏBƏR var

4 Yanvar 16:05 Azərbaycan Futbolu 849
Premyer Liqa klubunun izinə düşdüyü bombardirlə bağlı YENİ XƏBƏR var

“İmişli”nin Birinci Liqanın bombardiri Seyxan Fərəcova elçi düşməsini xəbər vermişdik.

24 yaşlı hücumçu da Premyer Liqadan gələn təklifə isti yanaşır.

Özünü inkişaf etdirmək, sübut etmək baxımından fürsət sayır.

Amma məxsus olduğu MOİK ciddi cəhdlə bu keçidə qarşıdır.

Hətta “İmişli”nin müəyyən məbləğdə təzminat təklifi də geri çevrilib.

“Hərbiçilər” komandanın “vuran ayağı”nı heç bir halda buraxmaq istəmir.

Fərəcov mövsümün arxada qalan 12 turunda Birinci Liqa təmsilçisinin formasında 11 qolla yadda qalıb.

Bu, bütün komandanın vurduğu qolların (14 qol) nə az, nə çox 78%-i deməkdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq