Premyer Liqa klubu bombardirə ELÇİ DÜŞDÜ - SON DƏQİQƏ

Premyer Liqa klubu bombardirə ELÇİ DÜŞDÜ - SON DƏQİQƏ

Mövsümün birinci yarısını uğurlu keçirən kollektivlər arasında olan “İmişli”nin yeni transfer hədəfi bizə məlum olub.

Aran təmsilçisi hücum xəttini gücləndirmək üçün sabiq hücumçusu Seyxan Fərəcova elçi düşüb.

24 yaşlı forvard hazırda MOİK-in şərəfini qoruyur.

O, mövsümün arxada qalan 12 turunda Birinci Liqa təmsilçisinin formasında 11 qolla yadda qalıb.

Bu, bütün komandanın vurduğu qolların (14 qol) nə az, nə çox 78%-i deməkdir.

Fərəcovun göstərdiyi əla performans əcnəbi baş məşqçi Jorj Kaşkilyanı da məmnun edib.

İndi qalır onun müqavilə ilə məxsus olduğu “hərbiçilər”lə dil tapmaq.

Xatırladaq ki, Serxan Fərəcov ötən mövsümü “İmişli”də keçirib və vurduğu 11 qolla komandasının bombardiri olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti