"Müqavilə bağlasam, sənin kölən olacam" - MARAQLI VİDEO

1 Yanvar 11:55 Azərbaycan Futbolu 1 117
"Müqavilə bağlasam, sənin kölən olacam" - MARAQLI VİDEO

“Hər bir futbolçu bilməlidir ki, onun agenti olmalıdır“.

“Asadov Pro Bridge"in rəhbəri Emil Asadov “Sportinfo TV“yə açıqlamasında belə deyib.

FIFA lisenziyalı futbol agenti bildirib ki, oyunçular menecerlərlə müqavilə bağlamağa, adətən, tərəddüdlə yanaşır:

“Elə bilirlər ki, tərəfdaşlıq sənədinə qol çəksə, onun köləsi olacaq. Bu, onların öz fikri deyil. Kənardan gördükləri acı təcrübənin nəticəsidir.

Gənc futbolçuların agentə və agentlərə mənfi yanaşmasını dəyişmək çətindir. Çünki menecerlərə belə münasibəti ən çox onlarda mşahidə edirik.

Peşəkar futbolçularla bir bu qədər problem olmur. Əsasən gənclərdə agentə baxış yanlışdır.

Düşünür ki, müqavilə bağlasa, menecer onun yerinə istənilən qərarı verəcək.

Mənim məqsədim bu sahədə yenilik etmək deyil, həmin o yanaşmada dəyişikliyə nail olmaqdır“.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu