Azərbaycanda 2025-ci ilin ən yaxşı futbolçusu kim oldu?

30 Dekabr 23:20 Azərbaycan Futbolu 135
Azərbaycanda 2025-ci ilin ən yaxşı futbolçusu kim oldu?

“Futbol+” qəzetinin tarixində 27-ci dəfə ölkənin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticələri məlum olub.

Sportinfo.az xəbər verir ki, səsvermə nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev seçilib.

Yığmanın üzvü sorğuda ən yaxın izləyicisi olan həmklubu Bəhlul Mustafazadəni qabaqlayıb.

Sıralamada digər yerləri müvafiq ardıcıllıqla Toral Bayramov, Xəyal Əliyev, Abdulla Xaybullayev, Rüfət Abbasov, Nəriman Axundzadə, Qismət Alıyev, Anton Krivotsyuk və Ceyhun Nuriyev tutublar.

Cəfərquliyev 2019/20 mövsümündə “Sumqayıt”da icarə əsasında oynadıqdan sonra – 2019-cu il iyulun 1-də “Qarabağ”la yeni müqavilə bağlayıb.

“Transfermarkt”da dəyəri 1,5 milyon avro göstərilən Cəfərquliyev Azərbaycan milli komandasında 33 oyun keçirib, 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Dekabr 17:50 Çək və bizə göndər!