“Cahangir Fərəculayev Azərbaycan futbolunun canına daraşan qərbşünaslara qarşı “səlib müharibəsi“ aparır“
Bu fikirlər “Sportinfo TV“nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmış telejurnalist AFFA-nın baş katibinin üzləşdiyi problemlərdən danışıb:
«Fevralın 3-də AFFA-nın baş katibi postunda gözlənilən dəyişiklik rəsmiləşdi. Elxan Məmmədovun batırdığı Azərbaycan futbolunu dirçəltmək istiqamətində 3 ildir çabalayan Sərxan Hacıyevin baş katibiyinə İcraiyyə Komitəsinin qərarı ilə son qoyuldu.
Assosasiyanın yeni baş katibi Cahangir Fərəcullayev oldu. Bu, təxminən Elxan Məmmədovun 2007-ci ildə «Natəvan» Biznes Mərkəzindən qəfildən AFFA-ın baş katibi postunda peyda olmasına bənzədi.
İxtisasca şərqşünas olan 44 yaşlı yeni baş katib də Elxan Məmmədov kimi AFFA-ya gələnədək futbolla əlaqəsi olmayan sahələrdə çalışıb: biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant, “Kaspiantek“ şirkətində baş direktor və “Azərlotereya”da baş direktorun müşaviri.
Gənclik illərində isə “Nə? Harada? Nə zaman? “ intellektual oynunun fəal iştirakçılarından olub.
O, bu oyunun sualları qarşısında əksər hallarda aciz qalmayıb. İndi isə Azəbaycan futbolunda illərdir cavabını gözləyən və daha müşkül suallara cavab tapmalıdır. “
Azərlotoreya“dan gəlmiş yeni baş katibin Azərbaycan futbolu üçün uduşlu lotoreya olub-olmayacağını zaman göstərəcək. Hələliksə şərqşünas Fərəcullayev Azərbaycan futbolunun canına daraşan qərbşünaslara qarşı “səlib müharibəsi“ aparır.
Onun nəhayət, milli komandada əcnəbi baş məşqçilər dövrünə son qoyması xüsusən təqdirəlayiqdir.
Zamanında deyilənlərə quıaq asmayıb, Fernando Santuşu baş məşqçi postuna gətirən AFFA rəhbərliyi komandanını düzələcəyinə ümidiin itirdikdə, təxminən 1 milyon 800 min avro və ya 3 milyon 700 min manata yaxın təzminat ödəyərək, yaxasını güclə qoca portuqaldan qurtardı“.

