“Aylıq maaşı 10 manata qədər olan əksər legionerlər öz mövqelərində daha yaxşı təsir bağışlayır”..
Bu sözləri “Sportinfo TV“yə açıqlamasında “Asadov Pro Bridge"in rəhbəri Emil Asadov deyib.
FİFA lisenziyalı menecer Premyer Liqada çıxış edən yerli və əcnəbi futbolçular arasında maraqlı müqayisə aparıb.
Bildirib ki, məvacibi 10 min manatı ötən legionerlər daha çox seçilir.
O, «Neftçi»nin bu yay AEK-dən (Limassol) sıralarına qatdığı Sessi Almeyda ilə bağlı yaranmış mübahisəyə də münasibət bildirib.
Xatrladıb ki, bakılılar Benin yığmasının da formasını geyinən yarımmüdafiəçini azad agent statusu ilə rənglərinə bağlamayıb, ondan ötrü Cənubi Kipr klubuna təzminat ödəyib.
Bu da o deməkdir ki, afrikalı baş məşqçinin transfer planlarında mühüm yer tutur.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

