İcraiyyə Komitəsi миллилярин baş məşqçilərini postunda saxlayacaqmı?

İcraiyyə Komitəsi миллилярин baş məşqçilərini postunda saxlayacaqmı?

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısının yaxın günlərdə təşkili gözlənilmir.

Saytımız bu məlumatı federasiyadan əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, qurumun prezdenti Rövşən Nəcəf hələlik buna lüzum görmür.

Bildirilib ki, sonuncu dəfə sentyabrda Fernandu Santuşu istefaya göndərmək üçün müzakirə aparmış ali qərarverici orqan ən yaxşı halda dekabrda bir araya gələcək.

İK həmin vaxt millinin DÇ-2026-nın seçmə mərhələsindəki çıxışını masaya yatıracaq. Həmçinin aşağı yaş qrupları üzrə yığmaların avropa çempionatının ilkin mərhələdə göstərdiyi nətilərə baxılacaq.

Buna əsasən, onların baş məşqçilərinin fəaliyyətinə qiymət veriləcək. Komitə qərarlaşdıracaq ki, hansı komandanın çalışdırıcısı ilə müqavilə uzadılsın, yaxud əksinə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti