130 min dollarlıq təklifdən imtina etdi - Millimizin yarımmüdafiəçisi

7 Noyabr 2025 20:40 Azərbaycan Futbolu 5 562
130 min dollarlıq təklifdən imtina etdi - Millimizin yarımmüdafiəçisi

“Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə bu mövsüm legioner həyatı yaşamağa yaxın olub.

Futbolçu Türkiyə və Avropa ölkələrindən bir neçə ciddi təklif alıb.

Ən ciddi maraq isə “Teuta”dan gəlib.

Albaniya təmsilçisi millimizin üzvünə illik 130 min dollarlıq təklif göndərib.

Bir müddət danışıqlar davam edib. Yekunda 23 yaşlı yarımmüdafiəçi Avropa təmsilçisinə keçiddən imtina edib.

Təbii ki, bu qərarın verilməsində “kimyaçılar”ın Abdullazadənin maaşını artırması və ona kapitanlıq sarğısını təklif etməsi ciddi rol oynayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti