AFFA milli ilə bağlı yeni qərara hazırlaşır - SON DƏQİQƏ

17 Oktyabr 2025 22:20 Azərbaycan Futbolu 4 640
AFFA milli ilə bağlı yeni qərara hazırlaşır - SON DƏQİQƏ

Azərbaycan millisinin heyətində milliləşdirilmiş oyunçular görə bilərik.

Bu barədə AFFA-dan redaksiyamıza məlumat daxil olub.

Baş məşqçi Ayxan Abbasovla bu barədə fikir mübadiləsi aparılıb.

Təcrübəli mütəxəssis də bu addıma isti yanaşır.

Xüsusilə ön hücum fazasında ciddi sıxıntı yaranması tərəfləri bu fikrə gəlməyə vadar edib.

İlk adımda ən azı 2-3 əcnəbinin heyətə cəlb olunması plandadır. Əsas məqsəd əvvəlki illərdən fərqli olaraq, bu dəfə pasport veriləcək gəlmələrin milliyə fayda verə bilməsidir.

Qısa zamanda məsələ ilə bağlı yekun nöqtə qoyulacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti