AFFA rəhbərliyi yığışacaq - Gündəlikdə hansı vacib məsələlər var?

17 Oktyabr 17:20 Azərbaycan Futbolu 915
AFFA rəhbərliyi yığışacaq - Gündəlikdə hansı vacib məsələlər var?

AFFA İcraiyyə Komitəsinin (İK) oktyabrın sonlarınadək yığışması gözlənilir.

Bu barədə federasiyadan redaksiyamıza məlumat daxil olub.

Saytımıza verilən informasiyaya görə, ali qərarverici orqanının növbəti toplantısının dəqiq vaxtı yaxın günlərdə müəyyənləşəcək.

İclasda əsas millinin DÇ-2026-nın seçmə mərhələsinin son iki turu çərçivəsində Fransa və Ukrayna ilə keçirilən matçların nəticələri müzakirə olunacaq.

Həmçinin U-21 ilə aşağı yaş qrupları üzrə yığmaların Avropa çempionatının seçmə və qrup oyunlarında göstərdiyi nəticələr masaya yatırılacaq.

Baş məşqçi məsələsinə də burada baxılacaq. Söhbət AFFA ilə müqaviləsi bitmək üzrə olan çalışdırıcılardan gedir.

İK onlardan kimlərlə yolların ayrılmasına, həmçinin kimlərlə kontraktın uzadılmasına qərar verməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!