Baş katib Meksikanın Azərbaycandakı səfiri ilə görüşdü

22 Aprel 2025 17:20 Azərbaycan Futbolu 752
Baş katib Meksikanın Azərbaycandakı səfiri ilə görüşdü

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib.

Səfir 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil ediləcək dünya çempionatı barədə ümumi məlumat verib, azərbaycanlı azarkeşləri mundial zamanı ölkələrində görməkdən məmnun olacaqlarını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM