Millimizin kapitanı: "Bunu özüm üçün arzu edərdim, lakin real yanaşsaq..."

16 Dekabr 2023 17:00 Azərbaycan Futbolu 615
Millimizin kapitanı: "Bunu özüm üçün arzu edərdim, lakin real yanaşsaq..."

Dünya Çimərlik Futbolu Təşkilatı (BSWW) ilin ən yaxşı oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.

Azərbaycan millisinin kapitanı Sabir Allahquliyev də ən yaxşı adına namizəd 100 futbolçunun siyahısına düşməyi bacarıb.

35 yaşlı futbolçu Sportinfo.az-a açıqlamasında uğuru barədə bunları deyib:

"Avropa oyunlarında çox yaxşı çıxış edə bilmədik. Bundan başqa B divizionuna düşdük. Yaxşı hazırlaşmışdıq, amma A divizionunda qalmaq qismət olmadı. Hər zaman çalışmışam ki, öz oyunumla komandamın qələbəsinə töhfə verim.

Açığı, adımın siyahıda olacağın gözləmirdim. Yəqin ki, oyunum diqqət çəkib və seçiblər. Təbii ki, çox sevindirici haldır. İlk dəfə bir azərbaycanlı futbolçu ən yaxşı 100 oyunçu arasında yer alır. Düşünmürəm ki, indiyə kimi hansısa futbolçumuz belə uğura nail olub. İnşallah, oyunumla millimizin yenidən A divizionun qayıtmasına fayda vermiş olacam”.

Yekun səsvermə yanvarın 11-də başa çatacaq. Ən yaxşını seçmək üçün hər bir ölkənin milli komandalarının və klublarının məşqçiləri, kapitanları səs verəcək.

Maraqlıdır, ilk “10-luq”da olmaq şansları necədir?

Sabiri dinləyək: “Bundan sonrakı mərhələdə 10 ən yaxşı futbolçu seçimi aparılacaq. Siyahıda çox güclü futbolçular var. Avropanın yaxşı klublarında çıxış edirlər. Daim göz qabağında olurlar. Belədə məndən bir addım öndə sayılırlar. Əlbəttə, bunu özüm üçün arzu edərdim. Lakin real yanaşsaq çox çətin görünür. İnanmağım gəlmir”.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi