Yaxşı nəticələr qazanmayan baş məşqçi ilə yolları ayırdılar - Premyer Liqa klubunda

23 Aprel 01:40 İngiltərə 583
Yaxşı nəticələr qazanmayan baş məşqçi ilə yolları ayırdılar - Premyer Liqa klubunda

“Çelsi” baş məşqçisi Liam Rosenyorla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

London kollektivi rəsmi açıqlamasında mütəxəssisə göstərdiyi fəaliyyətə görə təşəkkür edib və onun peşəkarlığını yüksək qiymətləndirib.

Bununla yanaşı, qərarın asan verilmədiyi vurğulanıb. Bildirilib ki, son nəticələr və komandanın çıxışı klubun gözləntilərindən aşağı olub.

Mövsümün sonunadək “zadəganlar”ı müvəqqəti olaraq Kallum MakFarlan çalışdıracaq.

“Çelsi” İngiltərə Premyer Liqasında 48 xalla yeddinci pillədə qərarlaşıb

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?