“Səbail” və "Qəbələ" Divizion klublarını çətinliklə “yolunun üstündən təmizlədi”

10 Dekabr 2021 18:47 Azərbaycan Futbolu 1 519
“Səbail” və "Qəbələ" Divizion klublarını çətinliklə “yolunun üstündən təmizlədi”

Azərbaycan kubokunda 2021/22 mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki, turnir 1/8 final mərhələsi ilə başlayıb.

İlk oyun günündə iki matç baş tutub. Hər iki qarşılaşmada I divizion təmsilçisi öz meydanında Premyer Liqa klubunu qəbul edib.

“Səbail” “Zaqatala” ilə səfər görüşündə inamlı qələbə qazanıb. Premyer Liqanın autsayderi 3:1 hesablı qələbə ilə 1/4 finala yüksəlib.

MOİK-in qonağı olan “Qəbələ turu çətinliklə adlayıb. İlk yarıda məğlub duruma düşən əyalət təmsilçisi fasilədən sonra hesabda tarazlıq yaradıb. Bakılılar azlıqda qaldıqdan sonra qonaqlar qələbə qoluna imza ata bilib.

1/8 final mərhələsi sabah baş tutacaq "Sabah" - "Kəpəz" və "Keşlə" - "Qaradağ Lökbatan" oyunları ilə başa çatacaq.

10 dekabr (cümə)
“Zaqatala” – “Səbail” - 1:3
Qollar:
Roini İsmayılov, 57 - Mirsayib Abbasov, 48, 90+2, Əfran İsmayılov, 67 (p.)
Baş hakim: Tural Qurbanov
“Zaqatala”: 1. Vüsal Şabanov, 33. Kənan Müslümov (k), 8. Roini İsmayılov, 10. Rəhman Şabanov, 7. Elşad Əliyev, 44. Osman Soltanov, 24. İbrahim Əliyev, 9. Maqsud Ələkbərov, 77. Bəşir Ayralov, 66. Xəlil Bəşirov, 27. Mahmud Məmmədov
Ehtiyat oyunçular: 12. Eldar Tərlanov, 13. Aleksandr Şemonayev, 15. Firuddin Mövsümov, 99. Ceyhun Rəcəbli, 6. Məhəmməd Babazadə, 11. Əsədulla Heydərov, 17. İbrahim Camalov, 70. Əli Abdullayev, 19. Xəyyam Hüseynov, 20. Elmar Rəhimov, 55. Elcan Şirinov, 23. Sənan Musayev
Baş məşqçi: Rüstəm Məmmədov

“Səbail”: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 6. Cabir Əmirli, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 99. Vidadi Cəfərov
Ehtiyat oyunçular: 31. Nail Alışov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

MOİK – “Qəbələ” - 1:2
Qollar:
İlham Allahverdiyev, 34 - Rövlan Muradov, 55, Ülvi İsgəndərov, 88
Qırmızı vərəqə: Elşən Veysov, 75
Baş hakim: Fərid Hacıyev
MOİK: 35. Fərman Bayramov, 11. İlham Allahverdiyev, 33. Samir Məmmədzadə, 7. Emin Mehtiyev, 5. Kamil Hüseynov, 6. İsa Zeynallı, 8. Samir Musayev, 77. Elmir Rəhimzadə, 17. Ruslan Voronsov, 2. Qabil Sabirli (k), 4. Said Əliyev
Ehtiyat oyunçular: 1. Uğur İbrahimov, 25. Elgün Bayramov, 3. Nicat Əskərov, 9. Elvin Nəsibov, 18. Haqverdi Həsənov, 29. Elşən Veysov, 44. Samir Alıyev, 21. Ruslan Ağalarov, 70. Tural Nəsirov, 50. Nurlan Məmmədov, 15. Rüstəm Rüstəmov
Baş məşqçi: Asim İbrahimov
“Qəbələ”: 1. Kristof Atanqana, 19. Rövlan Muradov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 34. Urfan Abbasov (k), 8. Stefan Vukçeviç, 4. Ruan Renato, 10. Omar Hani, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 5. İsnik Alimi, 9. Fernan Lopes, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli
Baş məşqçi: Elmar Baxşıyev
“Dalğa Arena”

Digər Xəbərlər
Xəbər Lenti