“Neftçi” məşhur braziliyalını Azərbaycana gətirə biləcəkmi? - VİDEOYA DİQQƏT!

“Neftçi” məşhur braziliyalını Azərbaycana gətirə biləcəkmi? - VİDEOYA DİQQƏT!

“Sportinfo TV”nin yeni “youtube” layihəsi “Futbol manşet” verilişinin növbəti buraxılışı efirə gedib.

Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin qonağı futbol agenti, idman hüquqşünası Elcan Həsənli olub.

Burada braziliyalı dünya çempionu Duqlas Kostanın “Neftçi”yə mümkün transferindən, Saşa İliçin “Sumqayıt”ın baş məşqçi postuna təyinatından söz açılıb.

Qonaq klublarımızın transfer siyasətinə toxunub, debütantların bu istiqamətdə üzləşdikləri problemlərdən, qeyri-peşəkarlıqdan danışıb.

Xüsusilə, oyun alqı-satqısında günahlandırılan "Neftçi”nin sabiq kapitanı Mirhüseyn Seyidovun hüquqi prosesdə qarşılaşdığı maneələrdən, bununla belə bütün detallarda günahsız olduğunun sübut edilməsi məsələsinə də toxunulub.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti