“Azərbaycana titullu məşçqilərin gəlməsi qeyri-mümkündür” - VİDEO

“Azərbaycana titullu məşçqilərin gəlməsi qeyri-mümkündür” - VİDEO

“Saşa İliçin fikirləri şablon ifadələrdir.

Təbii ki, uğur qazanmağı hər bir məşqçi istəyir.

Uğur üçün isə heyət güclü olmalı, yaxşı transferlər edilməlidir. Amma bir məqamı da qeyd edək ki, Azərbaycana titullu məşçqilərin gəlməsi qeyri-mümkündür.

Çünki titullu mütəxəssislər ölkəmizə gəlməz, gəlsə də, onlara yüksək məbləğdə məvaciblər ödənilməlidir.

Seçim etmək imkanlarımız da çox yüksək deyil. Gətirdikdə isə onların içərisində orta səviyyəliləri seçmək lazımdır. İliç də onlardandır”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun qonağı idman hüquqşünası, menecer Elcan Həsənli olub. Onlar “Sumqayıt”da Saşa İliçin baş məşqçi olmasından danışıb, perspektivdə mənfi və müsbət tərəflərini dəyərləndiriblər.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti