İspaniyanın populyar “Marca” nəşri Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən “Düdelanj” – “Qarabağ” matçında baş verən təxribat hadisəsi barədə yazı dərc edib. Sportinfo.az xəbər verir ki, həmkarlarımız yenidən siyasətin idmana qarışdığını və bu səbədən oyunun dayandığını qabardıblar:
"Düdelanj" - "Qarabağ" oyununun gedişində, Azərbaycan komandasının 2-ci qolundan sonra stadionun üzərində uçan drona bərkidilmiş bayrağa görə görüş dayandırıldı. Azərbaycan klubunun futbolçuları dronu topla yerə salmağa cəhd etdilər".
"Marca" Qarabağın tarixi barədə də oxucularına məlumat verib:
"Dağlıq Qarabağ əslən Azərbaycan torpağıdır. Amma 30 ildir ki, Ermənistan qoşunları tərəfindən işğal olunub.
"Qarabağ" klubu hazırda kabuslar şəhərinə çevirilən Ağdamı təmsil edir. Ağdam həmin münaqişəyə görə, yalnız Ermənistanın tanıdığı bir respublikanın daxilində qalıb. Ona görə də "Qarabağ" futbolçuları bu hadisəni özlərinə təhqir hesab etdilər və oyunun dayandırılmasını istədilər. Oyun 15 dəqiqədən sonra (əslində isə azı 20 dəq) bərpa olundu. Dron meydanı tərk etdikdən sonra Azərbaycan klubunun kapitanı Sadıqov azarkeşlərə yaxınlaşaraq, onları sakitləşdiridi".

