Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda baş verən insidentə görə meydan sahibləri cəzalanacaq.
Sportinfo.az xəbər verir ki, UEFA Lüksemburq klubunun cəzasını yaxın günlərdə açıqlayacaq.
Bəs, “Düdelanj”ı hansı cəza gözləyir? Qitə futbol qurumu lüksemburqluları cərimə etməklə yanaşı, onlara 1 və ya 2 matç azarkeşsiz oynamaq cəzası verəcək.
Siyasətin futbola qarışmasına daim “yox” deyən UEFA əksər hallarda bu cür sanksiyalar tətbiq edir.

