Avropa Liqasının qrup mərhələsində “Düdelanj”a 4:1 hesabı ilə qalib gələn “Qarabağ” bu gün Bakıya qayıdacaq.
Sportinfo.az xəbər verir ki, Ağdam klubunu Bakıya gətirən təyyarə saat 19:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edəcək.
Komanda sabah yenidən bir araya gələcək və Premyer Liqanın ilk dövrəsinin son turunun hazırlığına start verəcək. Azərbaycan çempionu oktyabrın 6-da "Sabah"ı qəbul edəcək.

