Qurban Qurbanovdan ermənilərə cavab: "Bu, qorxaqlıqdır!" – VİDEO

4 Oktyabr 2019 15:16 Avropa Liqası 776
Qurban Qurbanovdan ermənilərə cavab: "Bu, qorxaqlıqdır!" – VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Düdelanj”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:1 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında ilk hissədə qeydə alınan erməni təxribatından da söz açıb:

“Biz həmişə çalışmışıq ki, öz mədəniyyətimizi göstərək. Futbolçular da bilir ki, hansı komandanı təmsil edirlər. Bu, sadəcə qorxaqlıqdır. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, “Qarabağ”ı çalışdırıram.

Biz belə təxribatlara uymalı deyilik. Biz maksimum çalışdıq ki, öz peşəkarlığımızı göstərək. Uşaqlar paltardəyişmə otağında pis olmuşdular. Onları oyuna kökləmək çətin oldu. Futbolçulara təşəkkür edirəm ki, məni eşitdilər.

Meydanda özlərini peşəkarcasına apardılar. Gələcəkdə belə hadisələr yenə olacaq. Bunun özü ucuzluqdur. Biz burdan gözəl qələbə ilə dönürük. Meydanı tərk edib qayıtmasaydıq, bizim üçün problem yarana bilərdi.

Biz peşəkarıq. Qorxaq deyilik, meydandan qaçmağı da bacarmarıq. Belə hallar ola bilər. Məğlub olsaydıq belə, meydana qayıdıb sona qədər mübarizə aparacaqdıq. Döyülə, məğlub ola, yıxıla bilərik. Amma qaçmaq bizlik deyil”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA